Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Nizami Kino Mərkəzində keçirilən II Bakı beynəlxalq turizm filmləri festivalına bu gün, iyunun 28-də yekun vurulacaq.

İyunun 25-də açılan festivalın müsabiqə proqramına 31 ölkədən 68 ekran əsəri daxil edilib. Ümumilikdə isə festivala 55 ölkədən 405 film təqdim olunub. Təşkilat komitəsi onların arasında seçim apararaq müsabiqəyə buraxılan filmləri müəyyən edib.
Müsabiqə proqramında aşağıdakı ölkələrdən filmlər yer alıb: Azərbaycan, Almaniya, Argentina, Avstraliya, Avstriya, Banqladeş, Belçika, Bosniya və Herseqovina, Böyük Britaniya, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Xorvatiya, İran, İsveçrə, İtaliya, Laos, Latviya, Litva, Moldova, Monteneqro, Özbəkistan, Polşa, Portuqaliya, Rusiya, Serbiya, Sloveniya, Türkiyə, Ukrayna, Yunanıstan. Proqramda Azərbaycandan 7 film iştirak edir.
Filmlər 6 kateqoriya üzrə yarışırlar: “Ölkə, region, şəhər”; “Mədəniyyət, ənənə”; “Reklam filmləri”; “Turizm xidmətləri”; “Ekoturizm və xarici turizm” və “TV məhsullar (filmlər, videoçarxlar)”. Ekran nümunələrini kinematoqrafçılardan, səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti qiymətləndirir. Münsiflərdən 3 nəfər Azərbaycan (Ayaz Salayev, Aynur Talıbova, Vüqar Şıxəmmədov), 4-ü isə xarici ölkələrin (Aleksandr Kammel - Avstriya, Spomenka Saraqa - Xorvatiya, Tofiq Şahverdiyev - Rusiya, Can Özbatur - Türkiyə) təmsilçiləridir. Jürinin sədri Əməkdar incəsənət xadimi Ayaz Salayevdir.
Festivalın birinci günündə “Ölkə, region, şəhər” kateqoriyasından 15 film nümayiş olunub. İkinci gün 20 film, iyunun 27-də isə 10 film göstərilib. İyunun 28-də proqram üzrə daha 23 ekran əsəri nümayiş olunacaq və festivala yekun vurulacaq.
Münsiflərin qərarına əsasən, hər kateqoriya üzrə üç film mükafatlandırılacaq. Həmçinin festivalın baş mükafatının (Qran pri) sahibi elan olunacaq.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar