Əsrarəngiz gözəlliyi və bənzərsiz təbiəti ilə insanları valeh edən Göygöl rayonunda, hər il olduğu kimi, bu yay mövsümündə də turistləri qəbul etmək və onlara yüksək xidmət göstərmək üçün hazırlıq işləri aparılıb.
Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şərqiyyə Hümbətovanın sözlərinə görə, rayona gələn qonaqlara 5 istiqamətdə turizm marşrutları təklif olunur. Onlar həmin marşrutlarla hərəkət edərək həm təbiət gözəlliklərini seyr edir, həm də tarixi yerlərlə tanış olurlar: «Rayonumuza gələn turistlərin sayında hər il artım müşahidə olunur. Ötən yay mövsümündə rayonda 18 min turist dincəlib. Bu il isə bu rəqəmin 20 minə çatacağı gözlənilir. Bunun da əsas səbəblərindən biri rayon mərkəzində, eləcə də dağlıq ərazilərdə yerləşən kənd və qəsəbələrdə aparılan abadlıq və quruculuq işlərinin genişləndirilməsidir».
Şöbə müdiri bildirib ki, hazırda rayonda yeni hotelin inşası sürətlə davam etdirilir. Bundan başqa, istirahət zonalarında mövcud olan bir neçə istirahət mərkəzində də abadlıq işləri aparılıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar