Gəncəyə əcnəbi gənclərin marağını artırmaq məqsədilə şəhərdə hostellərin (az büdcə ilə səyahət edən səyyahlar, şagirdlər, tələbələr üçün ucuz qiymətə hotel-yataqxanalar) tikilməsi nəzərdə tutulur. Bu barədə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Mikayıl Zeynalov bildirib.
Onun sözlərinə görə, son üç ildə Gəncədə aparılan yenidənqurma və abadlıq işlərinin nəticəsi olaraq şəhər inkişaf edib gözəlləşir. Şəhərin bu cür inkişaf etməsi və 2016-cı il Avropanın Gənclər Paytaxtı seçilməsi nəticəsində şəhərə səyahət edən turistlərin sayı hər gün daha da çoxalır: «Şəhərimizə ziyarət edən turistlərin sayının çoxalması və əcnəbi gənclərin şəhərimizə olan marağını artırmaq məqsədilə Gəncədə hostellərin tikilməsi nəzərdə tutulur. Hostellərin tikilməsi ilə bağlı layihəyə bu ilin sonuna qədər start verilməsi planlaşdırılır».







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar