İyulun 4-də «Excelsior Baku» hotelində “Korporativ Sosial Məsuliyyət” layihəsi çərçivəsində ali məktəblərin yuxarı kurs tələbələrinə PR mövzusunda təlim keçiriləcək. «AtaHolding» şirkətinin mətbuat xidmətindən aldığımız məlumata görə, treninq hotelin Marketinq və satış departamentinin direktoru Damla Bayık, «AtaHolding» şirkətinin kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova tərəfindən aparılacaq. İştirakçılar marketinqin və satış növlərinin strategiyası və həyata keçirilməsinə dair əsas prinsiplərlə tanış olacaqlar. Həmçinin ictimaiyyətlə əlaqələrin qurulmasının əsas metod və texnologiyalarından söhbət açılacaq.
Fəxriyyə Abdullayeva