İyunun 23-24-də Qəbələ rayonunda V Azərbaycan-Rusiya regionlararası forumu keçirilib. Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi də təmsil olunub. Forum çərçivəsində Qəbələ Mədəniyyət Mərkəzində nazir müavini Nazim Səmədovun turizm sənayesinin nümayəndələri ilə görüşü keçirilib.
Görüşdə Azərbaycan Turizm İnstitutunun rektoru, professor Cəfər Cəfərov, Azərbaycan Turizm Assosiasiyası idarə heyətinin sədri Nahid Bağırov, turizm şirkətləri və mehmanxanalar daxil olmaqla, turizm sənayesini təmsil edən nümayəndələr iştirak ediblər.
Görüşün əsas məqsədi turizm sahəsində kadr hazırlığı, təhsil, xidmət keyfiyyətinin səviyyəsi, getmə və gəlmə turizm və bir sıra digər məsələləri əhatə edən problemlərin müzakirəsi, nazirliyin bu problemlərin həlli yollarında turizm sektoruna verə biləcəyi dəstəyin müəyyənləşdirilməsi olub. Nazirlik ilə turizm sənayesi arasında bu cür görüşlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulub.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar