ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov və institutun bir qrup əməkdaşı Almaniyanın Vorms şəhərində Avropa İttifaqının Tempus layihəsi çərçivəsində təşkil olunmuş konfransda, həmçinin ATİ və Yade Tətbiqi Elmlər Universiteti arasında beş il əvvəl başlanmış əməkdaşlığın yubiley tədbirində iştirak edib.
Konfransda Almanyanın Vorms Universitenin prezidenti professor Yens Hermsdorf çıxış edərək rəhbərlik etdiyi ali təhsil ocağının layihədə iştirakından, həmçinin növbəti mərhələdə həlli zəruri bilinən problem məsələlərdən bəhs edib. Vorms şəhərinin meri Hans-Joakim Kosubek şəhərin tarixindən, müasir iqtisadi durumundan söz açıb.
Cəfər Cəfərov konfransın təşkili və səmimi dəvətə görə layihə rəhbərliyinə təşəkkürünü bildirib. ATİ-nin tədqiqat və inkişaf şöbəsinin mütəxəssisi Yulius Arneggerin Azərbaycanda davamlı turizmin inkişafı ilə bağlı təqdimatı iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Konfrans öz işini yekunlaşdırdıqdan sonra Cəfər Cəfərov və beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Nəzrin Əliyeva Vilhelmsafen şəhərində ATİ və Yade Tətbiqi Elmlər Universiteti arasında əməkdaşlığın 5-ci ildönümünə həsr olunmuş tədbirə qatılıblar. Tədbirdən sonra Vilhelmsafen şəhərinin meri Horger Borkovski ATİ nümayəndə heyəti ilə görüşüb.
Səfərin son günü Yade TEU-nun prezidenti E.Şrayber və ATİ-nin rektoru C.Cəfərov yenilənmiş əməkdaşlıq müqaviləsi imzalayıblar.

 Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar