Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin və Kazan Şəhər Xarici Əlaqələr və Turizm Komitəsinin təşkilati dəstəyi ilə iyunun 23-də Yasamal rayonundakı Heydər Əliyev Mərkəzində Tatarıstan Respublikasının turizm imkanlarının təqdimatı olub.
V Azərbaycan-Rusiya Regionlar-arası Forumu çərçivəsində gerçəkləşən tədbirdə Kazan Şəhər Xarici Əlaqələr və Turizm Komitəsinin sədri Yevgeniya Lodviqova bildirib ki, Tatarıstanın paytaxtı Rusiya Federasiyasının ən inkişaf etmiş şəhərlərindən biridir. O, Kazan şəhərinin siyasi, iqtisadi və mədəni mərkəz kimi tanındığını diqqətə çatdırıb: “İstərdim ki, hər bir azərbaycanlı Kazanda olub bu şəhərin nə dərəcədə gözəl olduğunu görsün. Tatarıstan çox tolerant ölkədir. Paytaxtda 110-dan çox xalqın nümayəndəsi yaşayır. Şəhər sakinləri qonaqları mehribanlıqla qarşılayırlar. Kazanda gözəl servisi olan 130-dan çox mehmanxana var. Həftədə üç dəfə Bakı-Kazan reysi ilə uçuşlar həyata keçirilir. Turizm paketlərinin qiymətləri çox sərfəlidir”.
Sonra Kazan şəhərinin turizm potensialına həsr olunmuş videoçarx nümayiş etdirilib. Tədbirdə Azərbaycanın turizm şirkətlərinin nümayəndələri və “Gənc turistlər” klubunun üzvləri də iştirak ediblər.

 Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar