Oktyabrın 28-də saat 19:00-da Fidan Hacıyeva Vokal Musiqi Məktəbində rəssam, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səkinə Z. Bağırovanın “Bəzən bir ümid...” adlı fərdi sərgisi keçiriləcək.

Təsviri sənətin müxtəlif janrlarında işləyən rəssamın yaradıcılığında lirik simvolizm və lirik dekorativizm üslubları səciyyəvidir. Sərgidə müəllifin rəngkarlıq, qrafika, batika və miniatür əsərləri yer alacaq.

Qeyd edək ki, Dünya Xalq Yaradıcılıq Təşkilatının (International Organization of Folk Art) (IOV) və Azərbaycan Rəssamlar İttifaqının üzvü olan Səkinə Z. Bağırovanın əsərləri ölkəmizdə və xaricdə sərgilərdə nümayiş olunub. Bir sıra əl işləri ölkəmizlə yanaşı, ABŞ, Fransa, Almaniya, Ukrayna, Rusiya, Özbəkistan, Filippin və Türkiyədə şəxsi kolleksiyalarda saxlanılır. 

Rəssam Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında hazırlanan "Kristal sarayda” tamaşasına bədii tərtibat verib. O, həmçinin “ЯR", “Cinayət məcəlləsi", “Edam məhkumunun son günü” qısametrajlı filmlərinin rəssamıdır. 

Sərgidən sonra incəsənət ustalarının ifasında klassik musiqi proqramı təqdim olunacaq.