Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov ilə Belarus Respublikası Prezidentinin bədən tərbiyəsi, idman və turizmin inkişafı üzrə köməkçisi Maksim Rıjenkov arasında görüş keçirilib.
Görüşdə Azərbaycan ilə Belarus arasında ikitərəfli əməkdaşlığın hazırkı vəziyyətinə dair fikir mübadiləsi aparılıb, turizmin inkişafı istiqamətində təmasların artırılmasının və əlaqələrin böyük potensialından geniş istifadə olunmasının zəruriliyi vurğulanıb.
M.Rıjenkov Belarusda turizmin idman sahəsi ilə sıx bağlılığını bildirərək Azərbaycanın turizm sahəsində təcrübəsinin ölkəsi tərəfindən öyrənilməsinin vacibliyini qeyd edib.
Sonda qonaq səmimi görüşə görə nazir müavini N.Səmədova təşəkkürünü bildirib və iki ölkə arasında turizm sahəsində əməkdaşlığın daha da inkişaf edəcəyinə əmin olduğunu deyib.