Azərbaycanlı musiqiçilər oktyabrın 19-da Sankt-Peterburq şəhərində Rusiya Dövlət Kapellasının konsertində çıxış ediblər.

Konsertdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri Əyyub Quliyevin dirijorluğu ilə K.Sen-Sansın “Samson və Dalila” operasından “Vaxkanaliya”, N.A.Rimski-Korsakovun “Şəhrizad” simfonik süitası, eləcə də görkəmli Azərbaycan bəstəkarı Soltan Hacıbəyovun “Karvan” simfonik lövhəsi və gənc bəstəkar və pianoçu Tamilla Əhədovanın “Fortepiano və orkestr üçün konsert” əsəri ifa olunub.

Görkəmli bəstəkar, keçmiş SSRİ-nin Xalq artisti Arif Məlikovun yetirməsi olan T.Əhədovanın öz əsərini yüksək səviyyədə ifa etməsi tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb.

Azərbaycan musiqisinin də beynəlxalq aləmdə tanıdılması və təbliğinə töhfə olan konsert sənətsevərlərin ruhunu oxşayıb.