Xəbər verdiyimiz kimi, 25-29 iyun tarixində Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə II Bakı Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək. Festivala ümumilikdə 55 ölkədən 405 film göndərilib. Təşkilat komitəsi müsabiqə proqramını açıqlayıb. 68 film müsabiqə proqramına daxil edilib. Filmlər 6 kateqoriyada yarışacaqlar. Qeyd edək ki, müsabiqə proqramında Azərbaycanın 7 filmi də iştirak edir.
26-27-28 iyun tarixlərində hər gün saat 14.00-dan etibarən festivalın müsabiqə filmləri nümayiş olunacaq. Nümayişlərə giriş sərbəstdir.
İyunun 25-də saat 17.00-da keçiriləcək mətbuat konfransı ilə festival açıq elan ediləcək. Həmin gün 19.00-da Nizami Kino Mərkəzində festivalın rəsmi açılışı keçiriləcək. Açılışda "Ölkə, region, şəhər" kateqoriyasından filmlər nümayiş olunacaq. Festivalın bağlanış mərasimi ayın 28-də nəzərdə tutulur.
Tədbirə xaricdən 50-dək qonaq dəvət edilib. Onların bir hissəsi müsabiqədə iştirak edən filmlərin rejissorları, bəziləri isə dünyanın müxtəlif yerlərində keçirilən turizm filmləri festivallarının direktorlarıdır.
Festivalın gedişində "Dünya sübhdən günbatanadək" layihəsi çərçivəsində "Bakı sübhdən günbatanadək" layihəsinin təqdimatı keçiriləcək. Layihə çərçivəsində Polşa kinematoqrafçılarının ustad dərsləri keçiriləcək, sonda gənc rejissorlar Bakı haqqında sənədli film istehsal edəcəklər.
Bakı Beynəlxalq Turizm Filmləri Festivalı mənzil-qərargahı Avstriyanın Vyana şəhərində yerləşən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) tamhüquqlu üzvüdür.
Festivalın rəsmi tərəfdaşı "JW Marriot Absheron Baku", informasiya dəstəkçiləri İctimai Televiziya və APA Holdinqdir. Festival "Azanfilm" studiyasının təşkilati dəstəyi ilə reallaşır.
Əlavə məlumatı www.bitff.az veb-saytından əldə edə bilərsiniz.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar