Fəttah Xalıqzadə Azərbaycan musiqişünaslıq elminə mühüm töhfələr verib. Alim əsası dahi Üzeyir Hacıbəyli tərəfindən qoyulan etnomusiqişünaslıq istiqamətində dəyərli tədqiqatlar aparıb.
Bu fikirlər Azərbaycan Bəstəkarlar İttifaqında Fəttah Xalıqzadənin 70 illik yubileyinə həsr olunan elmi-praktik konfransda səslənib.
Bəstəkarlar İttifaqının sədri professor Firəngiz Əlizadə tanınmış alimin yaradıcılığından danışaraq onun fəaliyyətinin musiqi elmi üçün əhəmiyyətli olduğunu vurğulayıb.
Fəttah Xaliqzadənin elmi yaradıcılığı, pedaqoji fəaliyyəti, eləcə də musiqişünas-alimin “Üzeyir Hacıbəyli və xalq musiqisi” kitabı haqqında məruzələr dinlənilib.
Bədii hissədə Üzeyir Hacıbəyli və Niyazinin musiqisindən nümunələr səslənib.