İyulun 6-dan 8-dək Gürcüstanın paytaxtı Tbilisidə Dünya Turizm Təşkilatının (DTT) «İpək Yolu» işçi qrupunun dördüncü toplantısı keçiriləcək. Qurumun saytında verilən xəbərə görə, görüşün məqsədi «İpək Yolu» ölkələrində turizm profilini yüksəltmək, onlar arasında əməkdaşlıq vasitəsilə davamlı və məsuliyyətli turizmi daha da genişləndirməkdir.
Xatırladaq ki, DTT-nin «İpək Yolu» işçi qrupunun üçüncü toplantısı 2013-cü il aprelin 22-23-də Bakıda keçirilmişdi. Tbilisidəki tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun məsləhətçisi Cavid Abdullayev iştirak edəcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar