Bakı Xoreoqrafiya Akademiyasında (BXA) orta ixtisas təhsili pilləsinin 2023/2024-cü tədris ilinin məzunlarına diplomlar təqdim edilib.

Tədbirdə BXA-nın rəhbərliyi, müəllim-tələbə kollektivi, Özbəkistan Dövlət Xoreoqrafiya Akademiyasının rektoru professor Şuxrat Toxtasimov və görkəmli dirijor, Xalq artisti, professor Ağaverdi Paşayev iştirak ediblər.

Öncə qonaqlara tədris prosesi barədə məlumat verilib, məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Təbrik çıxışlarından sonra məzunlara diplom və hədiyyələr təqdim olunub.

Sonda akademiyanın həyətinə toplaşan məzunlar hava şarlarını, sülh və əmin-amanlıq rəmzi olan göyərçinləri havaya buraxıblar.