Ötən il Türkiyəyə 39 milyondan çox xarici turist gəlib. Türkiyə Turizm Şirkətləri Birliyinin (TÜRSAB) hesablamalarına görə, 2014-cü ildə ölkəyə gələnlərin sayı 43 milyon nəfəri ötəcək.
Ölkə daxilində səyahətə çıxanların sayı isə təxminən 14 milyon nəfər olacaq. Onlardan təxminən 5 milyonu istirahətlərini hotel və pansionatlarda keçirmək niyyətindədir. Bu göstəricilər nəzərə alınaraq Türkiyənin bu il turizm sahəsindən 36 milyard dollar gəlir əldə edəcəyi proqnozlaşdırılır.
Fəxriyyə Abdullayeva