Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 25-29 iyun tarixində Nizami Kino Mərkəzində II Bakı Beynəlxalq Turizm Filmləri Festivalı (BBTFF) keçiriləcək.
Festivala film qəbulu artıq yekunlaşıb. Seçim komissiyasına 58 ölkədən 405 film daxil olub. Festivalın təşkilat komitəsi seçim apararaq, göndərilən filmlər arasından müsabiqə proqramını müəyyən edəcək. Müsabiqə üçün seçilən filmlər 6 kateqoriya üzrə yarışacaqlar. Beynəlxalq münsiflər heyəti hər kateqoriyada 3 filmi müəyyən edərək mükafatlandıracaq.
I yer - Qızıl mükafat (diplom, mükafat və 2000 avro pul vəsaiti);
II yer - Gümüş mükafat (diplom və mükafat);
III yer - Bürünc mükafat (diplom və mükafat).
Festivalın ən yaxşı filmi Qran-pri mükafatı və 4000 avro məbləğində pul vəsaiti ilə mükafatlandırılacaq.
Festivalda yarışan yerli filmlər həm də Milli Mükafat uğrunda mübarizə aparacaqlar.
II Bakı Beynəlxalq Turizm Filmləri Festivalına xaricdən 50-yə yaxın qonağın dəvət olunması nəzərdə tutulur. Bu il qonaqlar arasında “Oskar” mükafatlı kinematoqrafçılar da olacaq.
Müsabiqə və müsabiqədənkənar nümayiş proqramları ilə yanaşı, seminarlar, müzakirələr, film müəllifləri ilə turizm mütəxəssisləri və media təmsilçiləri arasında fikir və təcrübə mübadilələri də həyata keçiriləcək.
Bakı Beynəlxalq Turizm Filmləri Festivalı, mənzil qərargahı Vyanada yerləşən Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) üzvüdür.
Festivalın rəsmi tərəfdaşı "JW Marriot Absheron Baku" hoteli, informasiya dəstəkçiləri İctimai Televiziya və "APA Holding"dir. Festival "Azanfilm" studiyasının təşkilati dəstəyi ilə reallaşır. Festivalla bağlı daha ətraflı məlumatı www.bitff.az veb-saytından əldə etmək mümkündür.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar