Rusiya nəşri Azərbaycan paytaxtını turistlərə tanıdır

Bakı öz simasını itirmədən kosmik sürətlə dəyişən şəhərdir. Bu fikir Rusiyanın “Elle” jurnalının internet versiyasında yer alıb.
“Bakıda gəzməli-görməli 10 yer” sərlövhəli məqalədə deyilir ki, müasir arxitektorların yaratdıqları və orta əsrlərin memarlıq inciləri dünyanın heç bir yerində belə vəhdət təşkil etmir.
Bakının görməli yerləri arasında “Alov qüllələri” xüsusi qeyd edilir: “Bu qüllələrə tamaşa etməyi əldən vermək olmaz. HOK layihə bürosunun (ABŞ) futurusktik “tonqalı” şəhərin ən uca nöqtəsində alovlanır”. Məqalədə Heydər Əliyev Mərkəzindən - istənilən rakursda effektli görünən, rəvan və axıcı forması olan memarlıq incisindən də danışılır.
Nəşr Bakının gəzməli-görməli yerləri arasında diqqəti İçərişəhər, Qız qalası, Xalça Muzeyi, Yay qalereyası, habelə mənalı vaxt keçirmək üçün restoran və klublara cəlb edir.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar