İstanbul Mədəniyyət və Turizm Müdirliyinin (İMTM) hesabatına əsasən, bu ilin yanvar-iyun aylarında Azərbaycandan İstanbula 107 min nəfər turist səfəri edib. Məlumata görə, bu müddətdə şəhərə gələn turistlər arasında almanlar çoxluq təşkil edib - 531 min nəfər. Rusiyadan 301 min, Amerikadan 246 min, İrandan 235 min, Britaniyadan 221 min, Fransadan 221 min, İtaliyadan 198 min turist gəlib. Ərəb ölkələrindən gələn turistlərin sayı isə ilk 6 ayda 21% artaraq, 923 min olub.
Qeyd edək ki, ümumilikdə İstanbula gələn turistlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 9% artaraq, 5 milyon 382 min nəfər təşkil edib.
Fəxriyyə Abdullayeva