“Bakı Ağ Şəhər” layihəsi çərçivəsində paytaxtın ən böyük hoteli inşa ediləcək. Türkiyənin “AE Arma-Electropanc” podratçı şirkəti ilə “Bakı Ağ Şəhər” layihəsi çərçivəsində ilk və ən böyük hotelin tikintisi üzrə 42,5 milyon dollarlıq mexaniki, elektrik və santexnika müqaviləsi imzalanıb.
“Bakı Ağ Şəhər”in ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, ümumi sahəsi 90 min kvadratmetr olacaq hoteldə 818 otaq yerləşəcək.
Layihə yerli “Paşa Construction” şirkəti tərəfindən icra olunur. Hotelin tikintisinin gələn il Bakıda keçiriləcək Avropa Oyunlarınadək, yəni 2015-ci ilin birinci rübündə başa çatdırılması gözlənilir.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar