Türk pop-starı Ebru Polat iyulun 5-də Nabrandakı «Malibu» istirahət mərkəzində geniş konsert proqramı ilə çıxış edib. «Malibu»nun Bakıdakı nümayəndəliyindən verilən məlumata görə, açıq havada keçirilən konsertdə müğənni ilə yanaşı tanınmış türkiyəli DJ İlkan Günüc də iştirak edib. Konsert ifaçının Azərbaycanda sevilən mahnıları ilə gecə saatlarına qədər davam edib. Sonra gənclər diskotekaya dəvət edilib.
Ebru Polat özünün İnstagram səhifəsində Azərbaycandakı konsertlə bağlı təəssüratını bölüşüb. «Sənin üçün çox darıxacağam, Azərbaycan. Tezliklə yenidən gələcəyəm. Çünki hamınızı çox sevirəm».

Fəxriyyə







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar