Görkəmli filosof, şair-dramaturq Hüseyn Cavidin 130 illik yubileyi ölkəmizlə yanaşı, Özbəkistanın paytaxtı Daşkənddə də qeyd ediləcək. Hüseyn Cavidin ev-muzeyindən bildiriblər ki, tədbir Azərbaycanın Özbəkistandakı səfirliyi ilə birgə təşkil olunacaq.
   Yubiley tədbirinə hazırlıq çərçivəsində H.Cavidin əsərləri özbək dilinə tərcümə edilir. Bu günlərdə tanınmış özbək şairi Usman Kuçkar “Şeyx Sənan” əsərinin tərcüməsini başa çatdırıb. O, hələ 1992-ci ildə dahi dramaturqun “Topal Teymur” pyesini özbək dilinə tərcümə edib. Onun bu yaxınlarda “Səyavuş” əsərinin tərcüməsini də tamamlayacağı bildirilir.
   Özbək dilinə çevrilmiş hər üç əsər Özbəkistanda yubiley tədbirinin keçirilməsi ərəfəsində bir kitabda toplanacaq və H.Cavidin Daşkənddə keçiriləcək xatirə gecəsində nəşrin təqdimat mərasimi olacaq.