Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Turizm İnstitutu
2014/2015-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə əlavə təhsil almaq üçün qəbul elan edir:
· Turizm və hotelçilik
· Menecment
· Sosial iş
· Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması
Əlavə ixtisas təhsili almaq üçün əvvəlki ali təhsili və ya hazırda işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər ATİ-nin müəyyənləşdirdiyi qaydaya əsasən müsabiqədə iştirak edə bilər.
Əlavə ixtisas almaq istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:
· təhsil müəssisəsi rəhbərinin adına ərizə;
· təhsil haqqını ödəmək haqqında təminat müqavilə;
· ali və ya orta ixtisas təhsili haqqında sənədin (diplomun) surəti və qiymət kitabçasından çıxarış;
· əmək kitabçasından çıxarış;
· pasport və şəxsiyyət vəsiqəsinin surəti;
· sağlamlıq haqqında arayış;
· 3x4 ölçüdə 4 ədəd fotoşəkil.
Sənədlər 20 iyul-20 avqust tarixlərində, həftənin I-V günləri saat 10:00-17:00 arası ATİ-nin əsas korpusunda (Magistratura, doktorantura və əlavə təhsil şöbəsi, I mərtəbə) qəbul edilir.
Əlavə ali təhsil almaq üçün ATİ-yə sənədlərini təqdim etmiş şəxslərlə müsahibə aparılır. Müsahibədən uğurla keçənlər seçdikləri əlavə təhsil ixtisası üzrə ikinci bakalavr təhsili alan tələbələr sırasına qəbul edilirlər. İkinci bakalavr təhsili almaq üçün tələbələr sırasına qəbul edilmiş şəxslər əvvəlki ali təhsil ixtisaslarının uyğunluğundan asılı olaraq müvafiq təhsilə qəbul olunur və təhsil müddəti müəyyənləşdirilir.
Təhsil qiyabi formada Azərbaycan və rus dilindədir.
Xaricdə təhsil almış şəxslər ikinci ali təhsil almaq üçün Azərbaycan Respublikası Təhsil Nazirliyində müvafiq prosedura (nostrifikasiya) keçməklə şəhadətnamə aldıqdan sonra sənədlərini təqdim edə bilərlər.
Təhsil ödənişlidir. Təhsil haqqı müqavilə əsasında ayrı-ayrı ixtisaslara uyğun olaraq ödənilir.
Azərbaycan Turizm İnstitutu
K.Rəhimov küç. 822/23-cü məhəllə
AZ 1072, Bakı ş.
Tel: (+99412) 012 5644233
(+99412) 012 5648671
(daxili nömrə-125)
Email: ati@tourism.edu.az
URL: www.tourism.edu.az