Dünya Turizm Gününün builki mövzusu

Bu il 27 sentyabr - Dünya Turizm Gününün mövzusu “Turizm və icma inkişafı” olacaq. Dünya Turizm Təşkilatının saytında yer alan məlumata görə, Meksikanın Qvadalaxara şəhərində keçiriləcək rəsmi tədbirlər sırasına nazirlərin, inkişaf sahəsində ekspertlərin, turizm prosesinin əsas nümayəndələrinin iştirakı ilə yüksək səviyyəli “beyin mərkəzi”nin iclası da daxil edilib.
Bu iclasda icma maraqlarına söykənən turizm siyasətinin mahiyyəti davamlı inkişafa imkan yaradan vasitə kimi müzakirə ediləcək. İclasın moderatoru 2014-cü ildə DTT-nin qlobal media tərəfdaşı olan “CNN İnternational” televiziya kanalının beynəlxalq xəbərlər proqramının aparıcısı Qabriela Frias olacaq.








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar