Müqəddəs Ramazan ayı digər fəzilətləri ilə yanaşı, həm də savab əməllər, xeyirxah işlər üçün mühüm bir vəsilədir. Bu ayda inanclı insanlar daha çox savab sahibi olmağa çalışır, imkanlılar kasıblara əl tutur. Bir çox müsəlman ölkələrində Ramazan ayında turizm sektorunda da müəyyən güzəştlər nəzərdə tutulur. Məsələn, Türkiyə, Birləşmiş Ərəb Əmirliklərində hotellər turistlərə endirimli qiymətlər təklif edirlər. Bu aksiyalar Ramazan ayında daha çox turist cəlb olunmasına xidmət edir.
Azərbaycanda da Ramazan ayında hotellər müxtəlif aksiyalar təşkil edirlər.
“New Baku Hotel” Ramazan ayında oruc tutan müştərilərini iftar süfrəsinə dəvət edir. Adambaşına 15 manat təklif olunan menyuya şorbalar, salatlar, isti yeməklər, şirniyyat, meyvə, çay, sərinləşdirici içkilər və s. daxildir. Hotelin baş meneceri Ceyhun Aşurovun sözlərinə görə, Ramazan ayında menyuda 20 faiz endirim edilib. İftar süfrəsi isə əvvəlcədən sifariş verənlər üçün hazırlanır: «Hər gün müxtəlif təşkilatlardan sifariş alırıq. Bəzən dostlar qrup şəklində iftara gəlirlər. Ramazan ayı boyunca oruc tutan insanlar üçün bir neçə dəfə təmənnasız iftar süfrəsi açmışıq”.
Hoteldə qalan qonaqlara da orucluqla bağlı şərait yaradılır: «Bildiyiniz kimi, imsak (sahur) çox erkən vaxta düşür. Hotelimizdə qalan qonaqlar üçün süfrə açılır. Ümumiyyətlə, oruc tutan qonaqlarımıza Ramazan ayı boyunca yeməklər pulsuzdur».
«Qafqaz Baku City” hoteli də paytaxt sakinləri və şəhərin qonaqlarını iftar süfrəsinə dəvət edir. Hoteldən verilən məlumatda bildirilir ki, iftar süfrəsi hotelin 18-ci mərtəbəsindəki terrasda yerləşən restoranda açılır və adambaşına 33 manat təşkil edir. Bakının ən dəbdəbəli mehmanxanalarından olan “Jumeirah Beach Hotel”ində isə «İsveç stolu» formasında təqdim edilən iftar süfrəsi qidaların zəngin çeşidi ilə seçilir. Menyuya 8 növ isti yemək, 8 növ salat, 12 növ şirniyyat, içkilər daxildir. Qiymət də kifayət qədər yüksəkdir - adambaşına 45 manat.
Regionlardakı hotel və istirahət mərkəzlərində də Ramazan ayında güzəşt kampaniyaları həyata keçirilir. Allah bütün oruc tutanların orucunu qəbul eləsin.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar