Əsrarəngiz təbiəti, mülayim və saf dağ iqlimi, çayları, şəlalələri, mineral bulaqları, meşələri, habelə ləziz mətbəxi və yüksək qonaqpərvərliyi ilə seçilən Qax rayonu ilin bütün fəsillərində turistləri özünə cəlb edir.
Bu diyarın hər bir guşəsi turistlər üçün gözəl istirahət məkanıdır. Son illər rayonda turizm infrastrukturunun genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir.
Hazırda rayonda 11 turizm obyekti fəaliyyət göstərir. Turizm mərkəzlərində yerlərin sayı artırılaraq 700-ə çatdırılıb. Mədəniyyət və Turizm Şöbəsinin məlumatına görə, 2013-cü ildə rayona 20 mindən çox turist gəlib. Bu ilin birinci yarısında isə rayona 4500 nəfərə yaxın turist gəlib. Yay turizm mövsümünün yeni başlandığını nəzərə alsaq, ilin sonunadək bu göstəricinin xeyli artacağını proqnozlaşdırmaq olar. Bu rəqəmlər rəsmi statistikaya əsaslanır. Rəsmi statistikaya düşməyən turistlərin sayını da bura əlavə etsək, bu göstərici daha da artar.
Rayona gələn turistlərin arasında kənd evlərində qalmağa üstünlük verənlərin sayı da ildən-ilə artır. İlisu, Ağçay, Qaşqaçay, Qum, Çinarlı və digər kəndlərdə hər il yüzlərlə ailə öz istirahət mövsümünü mənalı keçirir. Turizmin bu növü həm də yerli əhalinin maddi vəziyyətinin, güzəranının daha da yaxşılaşmasını təmin edir.

Fəxriyyə Abdullayeva








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar