Nabranda yerləşən «Caspian Sea Resort» hoteli və istirahət mərkəzi jurnalistlər üçün infotur təşkil edib. Media təmsilçiləri ilə görüşən hotelin baş meneceri Bəşir Hacıyev bildirib ki, burada ailəvi istirahət etmək istəyənlər üçün hər bir şərait yaradılıb. Kotteclər gün ərzində 110 nəfər qonağı qəbul etmək gücünə malikdir. Qonaqlar hovuzlar, bilyard zalı, fitnes zalı, futbol meydançası və s. istifadə edə bilərlər. Qonaqlara gündə üç dəfə olmaqla “İsveç masası” üslubunda yeməklər təqdim edilir. Uşaqların əyləncəsini təmin etmək üçün “Kids club” da fəaliyyət göstərir.
Baş menecerin sözlərinə görə, hoteldə ailəvi istirahət etmək istəyənlər üçün xüsusi paketlər hazırlanır. Yaxın günlərdə ictimaiyyətə açıqlanacaq paketlərdə ailələr üçün bir sıra güzəştlər nəzərdə tutulur.

Fəxriyyə Abdullayeva