İyulun 18-də «Hilton Baku» hotelində «Özbəkistan Hava Yolları» və Sinqapurun «Changi» aeroportunun təşkilatçılığı, Sinqapur Turizm Şurasının dəstəyi ilə «Mən səni sevirəm, Sinqapur» adlı tədbir keçirilib.

«Daşkənd-Sinqapur-Daşkənd» aviareysinin təqdimatına həsr olunan tədbirdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin, ölkəmizin turizm şirkətlərinin nümayəndələri iştirak edib.
Tədbirdə çıxış edən Özbəkistanın Azərbaycandakı səfiri Şirzad Feyziyev «Özbəkistan Hava Yolları»nın fəaliyyətindən danışıb. Şirkətin dünyanın müxtəlif ölkələrinə aviareyslər həyata keçirdiyini deyən səfir yeni marşrutun azərbaycanlı turistlər, iş adamları üçün də əhəmiyyətli olacağını bildirib.
Şirkətin nümayəndəsi Əbdülqafar Rəcəbov qeyd edib ki, «Daşkənd-Sinqapur-Daşkənd» aviareysi Azərbaycan vətəndaşları üçün çox sərfəlidir: “Bu, vaxta qənaətdir, eyni zamanda qiymət baxımından sərfəlidir: «Bu reys üzrə biletin qiyməti 600 manatdır. Amma Bakıdan Sinqapura İstanbul, Doha və Dubay üzərindən səfər təxminən 1100 manata başa gəlir”.
«Özbəkistan Hava Yolları» şirkətinin kommersiya direktoru Rövşən İsmayılov deyib ki, şirkət öz aviaparkını 2012-2013-cü illərin son model avialaynerləri ilə yeniləyib. «Daşkənd-Sinqapur-Daşkənd» aviareysi üzrə uçuşlar «Boinq 767» təyyarəsi ilə həyata keçirilir.
Tədbirdə çıxış edən Azərbaycan Turizm Assosiasiyasının nümayəndəsi Rüfət Yusifov qeyd edib ki, azərbaycanlı turistlər Cənub-Şərqi Asiya ölkələrinə reallaşdırılan səfərlərlə hər zaman maraqlanırlar: “Sinqapura səfər etmək imkanı sözsüz ki, regionun digər ölkələrinə, Malayziya, İndoneziya və başqa turistik məkanlara da maraq yaradacaq”.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar