Qonaqpərvərlik sənayesində 19 illik təcrübəyə malik azərbaycanlı mütəxəssis İlkin İlyaszadə bütün dünyada tanınan «Pan Pacific» hotellər şəbəkəsinin vitse-prezidenti təyin olunub. Beynəlxalq turizm xəbərləri saytının məlumatına görə, İlkin İlyaszadənin yeni vəzifəsində əsas işi müxtəlif layihələri realizə etmək, hotellərin açılışa hazır olmasına nəzarət etməkdən ibarətdir. Onun fəaliyyəti «Pan Pacific» və «Park Royal» hotellər şəbəkəsinin Asiyada, Okeaniyada və Şimali Amerikada yerləşən 30-dan artıq hotelini əhatə edəcək.
İlkin İlyaszadə son 13 il ərzində Asiya ölkələrində qonaqpərvərlik biznesi sahəsində çalışıb. Buna qədər isə Azərbaycanda, habelə Maldiv adaları, Şri-Lanka, Tailand, İndoneziya, Kanada və Sinqapurda fəaliyyət göstərib. Onun sonuncu iş yeri «Four Seasons» şəbəkəsinin Asiya-Sakit okean regionunun Balidə yerləşən ən böyük hotelində baş menecer vəzifəsi olub. İlkin İlyaszadənin rəhbərliyi altında Balidəki hotel kompleksi şəbəkənin regionda ən nümunəvi hoteli olub.
«Pan Pacific» hotellər şəbəkəsinin direktoru Bernold Şreder yeni təyinatla bağlı bildirib ki, İlkin İlyaszadə böyük təcrübəyə malik çox yaxşı bir idarəedici, hotel şəbəkəsi üçün bir tapıntıdır. Qeyd edək ki, mərkəzi qərargahı Sinqapurda yerləşən «Pan Pacific» hotellər şəbəkəsi hər il Asiya-Sakit okean regionunda öz fəaliyyətini daha da genişləndirir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar