İyulun 17-də Azərbaycan Turizm İnstitutunun Elmi Şurasının iclası keçirilib. ATİ-nin mətbuat xidmətindən verilən xəbərdə bildirilir ki, rektor Cəfər Cəfərov iclasda çıxış edərək, institutun səkkizillik fəaliyyəti dövründə əldə edilən uğurlardan, xarici tərəfdaş ali məktəblər, nüfuzlu turizm müəssisələri, həmçinin beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıqdan danışıb.
İnstitutun tədris işləri üzrə prorektoru Eldar Aslanovun «2013/2014-cü tədris ilinin yekunları və 2014/2015-ci yeni tədris ilinə hazırlığın vəziyyəti» mövzusunda etdiyi geniş hesabat-məruzəsindən sonra müzakirələr aparılıb. «Yekun dövlət attestasiya imtahanı, buraxılış işlərinin və magistrlik dissertasiyalarının müdafiəsinin nəticələri»nə dair hesabat nəzərdən keçirilib. Məruzə-hesabatlar qənaətbəxş hesab edilib, təklif və rəylər nəzərə alınmaqla qəbul olunub.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar