Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Qloballaşma kontekstində tibbi turizm: problemlər, perspektivlər və innovasiyalar” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransda Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) Turizm biznesi kafedrasının müdiri Hafiz Hüseynov “Azərbaycanda müalicəvi-sağlamlıq turizminin müasir vəziyyəti” mövzusunda çıxış edib.

Bu barədə ATMU-dan məlumat verilib.

Konfransda tibbi turizm infrastrukturunun inkişafında beynəlxalq təcrübə mübadiləsi, xidmətlərin standartlaşdırılması və xəstə təhlükəsizliyinin təmin edilməsi, tibbi turizmin rəqabət qabiliyyətinin artırılması və davamlı inkişafı ilə bağlı rəy və təkliflər müzakirə olunub.

Özbəkistanın Turizm Komitəsi, Turizm İnkişafı İnstitutu, Sinqapur İdarəetmə İnkişafı İnstitutu və “Science and Innovation” beynəlxalq elmi jurnalının dəstəyi ilə keçirilmiş konfransda dünyanın 20 ölkəsindən 150 nəfərdən çox alim və mütəxəssis iştirak edib.