«Jumeirah Group»un satış və marketinq üzrə Avropa nümayəndəliyinin vitse-prezidenti Austin Frost Bakıda səfərdə olub. «Jumeirah Bilgah Beach Hotel»dən bildiriblər ki, səfərin məqsədi Azərbaycanın biznes turizm imkanlarının araşdırılması ilə bağlı olub. «Jumeirah Bilgah Beach Hotel» bir müddət əvvəl «Jumeirah Group»un Avropa nümayəndəliyinin tərkibinə daxil olub. Bu səbəbdən yeni rəhbərlik həm hoteldəki durumu, həm də ümumilikdə Azərbaycanın turizm bazarındakı vəziyyətini öyrənmək istəyib.
Səfər çərçivəsində Austin Frost Bakıda fəaliyyət göstərən digər brend hotellərin və tanınmış turizm şirkətlərinin rəhbərləri ilə də görüşüb. Qonaq paytaxt hotellərinin infrastrukturu, şirkətlərinin əməkdaşlıq etdikləri turist istiqamətləri, biznes turizmi istiqamətində görülən işlərlə maraqlanıb.
Bakıya ilk dəfə gəldiyini deyən Austin Frost bu səfərin ölkəmizin turizm sektoru və ümumilikdə Azərbaycanla tanışlıq baxımdan əlamətdar olduğunu vurğulayıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar