COP29 çərçivəsində Azərbaycanda səfərdə olan Malayziyanın paytaxtı Kuala Lumpurun meri, BMT-nin Məskunlaşma Proqramının (UN-HABİTAT) sabiq icraçı direktoru xanım Maimunah Mohd Şərif Azərbaycan Milli İncəsənət Muzeyini ziyarət edib.
Qonağı qarşılayan muzeyin direktoru Əməkdar mədəniyyət işçisi Şirin Məlikova ona bu mədəniyyət ocağının tarixi, yerləşdiyi binalar, milli və dünya incəsənətinin nadir nümunələrindən ibarət kolleksiyası haqqında məlumat verib. Görkəmli Azərbaycan rəssam və heykəltaraşlarının daimi ekspozisiya və sərgilərdə nümayiş etdirilən əsərləri, ümumilikdə milli təsviri sənətin zənginliyi xanım merdə heyranlıq hissi doğurub.
Xatirə dəftərinə ürək sözlərini yazan Maimunah Mohd Şərif muzeydən xoş təəssüratlarla ayrılıb.