Qazaxıstan Respublikası Mərkəzi Kino-Foto Sənədlər və Səsyazma Arxivində “Arxiv – 2025” adı verilmiş kompleks plan üçün işlərə başlanılıb. Məqsəd yaxın-uzaq xaricdə Qazaxıstan tarixinə dair materialları toplamaqdır.
Bu günlərdə arxivin nümayəndə heyəti Monqolustan Milli Arxivində elmi-tədqiqat işi aparıb. Qazaxıstan mediası xəbər verir ki, araşdırmaçı qrup Ulan-Batordan əlidolu qayıdıb. Monqolustan paytaxtındakı arxivdə aşkar edilən 90 foto və 92 dəqiqəlik kinolentin nüsxəsi Qazaxıstan tərəfinə təhvil verilib.
Kinoxronikada Monqolustanın Bayan-Ulgiy regionunda yaşayan qazaxların həyat və məişəti əks olunub. Fotoşəkillər isə bölgədə məskunlaşmış etnik qazaxların məişəti, yerli teatr kollektivlərinin fəaliyyəti, müxtəlif illərdə Monqolustana səfər etmiş Qazaxıstanın görkəmli incəsənət xadimlərinin çıxışları ilə bağlıdır.
Gülcahan