Azərbaycan Turizm Bürosu “Aviareps” şirkətinin təşkil etdiyi “Nordic Roadshow” adlı silsilə tədbirlərə qoşularaq turizm imkanlarımızı Skandinaviya ölkələrində təbliğ edib.
Dövlət Turizm Agentliyindən bildirilib ki, İsveçin Stokholm, Finlandiyanın Helsinki, Norveçin Oslo və Danimarkanın Kopenhagen şəhərlərində keçirilən tədbirlərinə hər birinə 50-dək yerli turizm şirkəti və media nümayəndələri qatılıb.
Turizm büroları, hava yolları şirkətləri, beynəlxalq hotel brendləri və kruiz şirkətlərinin də iştirak etdiyi tədbirlər zamanı B2B formatlı görüşlər keçirilib, Azərbaycanın mədəniyyəti, tarixi, təbiəti və turizm məhsulları barədə məlumat verilib.
Bu, Azərbaycan Turizm Bürosunun Skandinaviya ölkələri üzrə qatıldığı ilk tədbirdir. 2024-cü ilin yanvar-oktyabr aylarında İsveç, Finlandiya, Norveç və Danimarkadan Azərbaycana ümumilikdə 6898 nəfər səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz çoxdur.