İyulun 25-də Qusar rayonundakı “Şahdağ” Qış-Yay Turizm Kompleksində “açıq qapı” günü elan olunub. Həmin gün istirahət mərkəzinə gələn bütün turistlər 12 növ müxtəlif əyləncə və idman oyunlarından pulsuz yararlana biləcəklər. Kompleksə gələnlər dağ səyahətləri, uşaqlar və böyüklər üçün mini kvadrosikllərlə gəzinti, dağda seqvey ilə gəzinti, peyntbol, qruplar üçün Skandinaviya gəzintisi və səmtləşmə idmanı üzrə xidmətlərdən ödənişsiz istifadə edəcəklər. “Açıq qapı” gününün keçirilməsinin məqsədi turistləri kompleksdə yay mövsümündə təklif edilən istirahət və əyləncə növləri ilə tanış etməkdir.