Milan yüksək həyat keyfiyyətinə görə İtaliyanın ən yaşamalı şəhərləri siyahısında birinci sırada qərarlaşıb.
Bu barədə Romanın Sapienza Universitetinin “ItaliaOggi” və “Ital Communications” şirkətləri ilə birgə keçirdiyi illik sorğunun nəticələrində deyilir. Müvafiq sorğu İtaliyada artıq 26-cı dəfə keçirilir.
İtaliyanın ən yaşamalı şəhərləri siyahısında ilk beşlikdə Milandan sonra Bolzano, Monza və Brianza (hər ikisi 3-cü yerdə), Bolonya, Trento yer alıb. Sorğuda iqtisadi inkişaf, ekoloji dayanıqlıq, yüksək səviyyəli təhlükəsizlik, əhalinin rifah halı, gəlir səviyyəsi, xidmətlər, infrastruktur, şəhər mərkəzinin canlılığı əsas meyarlar kimi götürülüb.