Turizm sahəsi üzrə ixtisaslaşmış “TipAdvisor” saytı dünyanın ən ucuz və bahalı şəhərlərinin yeni reytinqini dərc edib. Ən bahalı şəhər yenə də London olub. Bu sırada ikinci və üçüncü yerləri Paris və Nyu-York tutur. Birləşmiş Krallığın paytaxtında təkcə gecələmək turistlərə orta hesabla 375 avroya başa gəlir. Paris qonaqlara orta hesabla 367 avroluq, Nyu-York isə 362 avroluq otaqlar təklif edir.
Oslo, Sürix, Kopenhagen, Helsinki, Toronto və Sidney də dünyanın on ən bahalı şəhəri sırasındadır. Bu şəhərlərdəki mehmanxanalarda gecələyənlərə orta hesabla 270 avroluq otaqlar təklif olunur. Avropanın yemək baxımından ən bahalı şəhəri Stokholmdur. Taksidə gediş haqqının ən yüksək olduğu şəhər isə Oslodur.








Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar