Kanadanın ikinci böyük şəhəri hesab olunan Monrealdakı «Monreal Botanika» bağı dünyada turistlərin ən çox sevdiyi məkanlardan biridir. Burada turistlərin diqqətini daha çox çəkən çin və yapon üslubunu özündə cəmləyən eksponatlardır.
Bağda dünyanın müxtəlif yerlərindən gətirilmiş 26 mindən çox bitki toplanıb.
Buraya gələnlər çoxlu attraksionları özündə birləşdirən «La Ronde» parkını, ekologiya muzeyi hesab olunan «Biosfer»i və rəssamlar tərəfindən təbii bitkilərdən düzəldilən əl işlərini görə bilərlər. Bağ 985 göl və 7 çayın ətrafında salınıb.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar