Bir gündə kompleksdə 1100 nəfər istirahət edib

İyulun 25-də Qusarda yerləşən «Şahdağ» Qış-Yay Turizm Kompleksində «açıq qapı» günü elan olunub. Bu barədə məlumat verən kompleksin satış və marketinq direktoru Elnarə Fərzəliyevanın sözlərinə görə, turistlər gün ərzində 12 növ müxtəlif əyləncə və idman oyunlarından pulsuz yararlanmaq imkanı qazanıblar.
«Açıq qapı» gününün keçirilməsinin məqsədi turistləri kompleksdə yay mövsümündə təklif edilən istirahət və əyləncə növləri ilə tanış etmək, mərkəzin imkanlarını göstərməkdir: “Gün ərzində 1100 nəfərdən çox insan kompleksin qonağı oldu. Bunlar əsasən Quba, Qusar və Xaçmaz sakinləri, 10-15 faiz isə xarici ölkə vətəndaşları idi”. Həmsöhbətimiz onu da bildirdi ki, «Şahdağ» kompleksində yay mövsümünə sentyabr ayında yekun vurulacaq.


Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar