Dünya Turizm Təşkilatının (DTT) «World Tourism Barometer» nəşrində turist axınının artdığına dair məlumat yer alıb. Təşkilatın saytında yer alan proqnozlara əsasən, may-avqust ayları üzrə dünyada turist axını 460 milyon nəfər təşkil edəcək. Ümumiyyətlə, 2014-cü ildə turistlərin sayı 4-4,5 faiz artacaq. Bu isə DTT-nin 2010-2020-ci illərə dair uzunmüddətli proqnozunda təxmin edilən göstəricidən 0,2-0,7 faiz çoxdur.
Fəxriyyə Abdullayeva