2014-cü ildə Türkiyəyə daha çox Rusiyadan turist gəlib. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyindən verilən xəbərdə bildirilir ki, ilin əvvəlindən ölkəyə 1 milyon 920 min Rusiya vətəndaşı gəlib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 13,5 faiz çoxdur. İlin ilk yarım ilində ölkəyə ümumən 15,2 milyon turist gəlib ki, bu da 2013-cü ilin müvafiq dövrünə nisbətən 4,73 faiz çoxdur.
Ötən illərdə ölkəyə gələn turistlər arasında almanlar birinci olub. Bu il isə gələn turist sayına görə Almaniya ikinci yerdədir - ilk altı ayda 1,9 milyon nəfər. Sonrakı yerlərdə britaniyalılar, gürcülər və bolqarlardır. Nazirliyin rəqəmlərinə görə, bu il Türkiyəyə gələn ukraynalıların sayı azalıb - cəmi 299 min nəfər. Turistlər daha çox iyun ayında ölkəyə gəlib - 4,3 milyon nəfər. Yanvarda isə bu rəqəm 1,1 milyon idi.
Fəxriyyə Abdullayeva