Avstraliyada qanun qəbul olunub

 

Avstraliyada sosial şəbəkə istifadəçiləri üçün 16 yaş məhdudiyyəti qoyan qanun qəbul edilib. Baş nazir Entoni Albaneze bununla bağlı bəyanatında qeyd edib ki, qanun hazırkı onlayn təhlükəsizlik qanunvericiliyinə dəyişikliklər edir ki, bu da gənc avstraliyalıların inkişafının kritik mərhələlərində onların daha etibarlı müdafiəsini təmin edəcək.

Baş nazir bildirib ki, Avstraliya hakimiyyəti texnologiya şirkətləri və sosial şəbəkə administrasiyalarından 16 yaşdan kiçik istifadəçilərin hesab və səhifə yaratmasının qarşısını almaq üçün müvafiq tədbirlər görməsini tələb edəcək. Qanunun pozulmasına görə sərt cəzalar da tətbiq ediləcək.

Yeni qaydalar “Snapchat”, “TikTok”, “Instagram” və “X” sosial şəbəkələrini əhatə edəcək. Bununla belə, “Google Classroom” və “YouTube” həmçinin mesajlaşma vasitələri və onlayn oyunlar uşaqlar üçün əlçatan olacaq.