Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında görkəmli bəstəkar, Xalq artisti Hacı Xanməmmədovun (1918–2005) mahnılarından ibarət konsert proqramı keçirilib.

Filarmoniyanın Xalq çalğı alətləri orkestrinin müşayiəti, Xəyal Qəhrəmanovun bədii rəhbərliyi və dirijorluğu ilə Xalq artisti Şahnaz Haşımova, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, solistlər Samirə Hacıyeva, Zəminə Mustafayeva, Samir Məmmədov, Azər Verdiyev bəstəkarın “Güllü”, “Qurban olduğum”, “Yaşa, könül”, “Arzuya bax, sevgilim”, “Gözüm düşdü”, “Gözünə qurban”, “Niyə döndü”, “Aldatmayaq bir-birimizi” və başqa mahnılarını ifa ediblər.

Konsert proqramına respublika və beynəlxalq müsabiqələr laureatı Bayram Üzeyirovun ifasında “Tar və orkestr üçün 3 saylı konsert” (I hissə) ilə yekun vurulub.