Biləsuvar Rayon İcra Hakimiyyəti və Şirvan-Salyan RMİ-nin birgə təşkilatçılığı ilə Biləsuvar rayon Heydər Əliyev Mərkəzində Azərbaycan futbolunun veteranı, “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanova həsr edilmiş “Stadionlar səssiz olanda” filminin nümayişi olub.

Nümayişdən əvvəl çıxış edənlər filmdə Q.Qurbanovun 1980-ci illərdən başlayan futbolçu karyerası və Ağdam klubu ilə Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsinə qədər məşqçilik fəaliyyətinin əks olunduğunu bildiriblər.

Daha sonra film göstərilib.

Tamaşaçılar arasında Biləsuvarın icra başçısı Faiq Qürbətov, Şirvan-Salyan RMİ-nin rəisi Şahin Şahbazov, ekran işinin quruluşçu rejissoru Əli-Səttar Quliyev, icraçı prodüser Mehman Fətullayev və baş rolun ifaçısı Səmimi Fərhad da olub.