Qəbələ rayon Mədəniyyət Mərkəzində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin (1369–1417) anadan olmasının 655 illiyi ilə əlaqədar ədəbi-bədii gecə keçirilib.
“Məndə sığar iki cahan, mən bu cahana sığmazam” adlı tədbirdə çıxış edənlər dahi şairin Orta əsrlər Azərbaycan ədəbiyyatının inkişafına verdiyi töhfələrdən danışıblar. Qeyd olunub ki, Nəsiminin fəlsəfi poeziyası təkcə Azərbaycanda deyil, ümumilikdə türk-müsəlman dünyasında ədəbi fikrin inkişafına mühüm töhfələr verib.
Sonra şairin şeirlərindən nümunələr səsləndirilib, “Nəsimi” bədii filmindən (rejissor Həsən Seyidbəyli, 1973) fraqmentlər nümayiş olunub.