Avqustun 5-də Azərbaycanda fəaliyyət göstərən turizm şirkətləri əməkdaşları və kütləvi informasiya vasitələri nümayəndələrindən ibarət bir qrup üçün Gəncə-Hacıkənd istiqamətində infotur başlanıb. «Baku Travel-Tourism» şirkətinin təşkilatçılığı və «Azeturizm» birliyinin dəstəyi ilə keçirilən ikigünlük infoturun iştirakçıları bölgədə yeni yaradılan turizm marşrutları və tarixi məkanlar barədə məlumat alacaqlar.
«Baku Travel-Tourism» şirkətinin daxili turların təşkili departamentinin rəhbəri Kənan Hənifəyevin qəzetimizə verdiyi məlumata görə, səfərin əsas məqsədi yeni turizm məhsullarının təqdimatıdır. Səfərdə 15 turizm şirkətinin və kütləvi informasiya vasitəsinin nümayəndələri iştirak edir.
Səfər müddətində iştirakçılar Hacıkənddə yerləşən «Cənnət məkan» istirahət mərkəzi, həmçinin burada yeni istifadəyə verilmiş digər turizm obyektlərinin fəaliyyəti ilə də tanış olacaqlar.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar