Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu ölkəni beynəlxalq arenada tanıtmaq istiqamətində işlərini davam etdirir. Ölkəmiz ilk dəfə Amsterdamda keçirilən «İCCA araşdırma, satış və marketinq» proqramında («İCCA research, sales and marketing») təmsil olunub.
Azərbaycanın iyun ayında qoşulduğu Beynəlxalq Konqres və Konvensiya Assosiasiyasının (İCCA) əsas məqsədi beynəlxalq konqreslərin təşkilatçılarını və bu kimi tədbirləri öz ölkələrinə cəlb etmək istəyən qurumları bir araya gətirmək, dünyada mütəmadi baş verən beynəlxalq tədbirlərin məlumat bazasını yeniləməkdir.
Bu çərçivədə təşkil olunan «İCCA araşdırma, satış və marketinq» proqramı MİCE (biznes turizmi) bazarında son tendensiyaları assosiasiyaya üzv ölkələrin nəzərinə çatdırmaq, əməkdaşlıq əlaqələri qurmaq və daha səmərəli tədbirlərin təşkili haqqında məlumatları paylaşmaq baxımından əlverişli rol oynayıb. Tədbirə İCCA-ya üzv 150-yə yaxın ölkə və təşkilat nümayəndələri qatılıb. Azərbaycan Konqreslər Bürosu müxtəlif ölkələrdən büro rəhbərləri ilə birbaşa ünsiyyətdə olmaq və fikir mübadiləsi aparmaq imkanı qazanıb.

Fəxriyyə Abdullayeva







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar