«Jumeirah Bilgah Beach” hoteli yeni endirim kampaniyalarına start verib. Hotelin mətbuat xidmətindən verilən məlumata görə, avqustun 1-dən sentyabrın 15-dək davam edəcək birinci kampaniya hotelin çimərlik ərazisindəki «Promenade» restoranında keçiriləcək. Burada bir nəfər 25 manata 3 növ yemək sifariş verə bilər. Restoran yüksəkdə yerləşir. Təklif hər gün saat 12.00-dan 17.00-a qədər qüvvədədir.
İkinci kampaniya çərçivəsində qonaqlara hotelin akvaparkında müxtəlif əyləncələr təklif edilir. Əyləncələr böyüklər üçün 25, uşaqlar üçün 15 manatdır. Qeyd edək ki, hotelin akvaparkında əylənmək əvvəllər böyüklər üçün 45, uşaqlar üçün 30 manat idi.
Üçüncü kampaniyadan yararlanmaq istəyənlər isə 40 manat ödəməklə dənizin 105 metrliyində yerləşən «Pier Grill» restoranında müxtəlif dəniz məhsullarından hazırlanmış yeməklərin dadına baxa bilərlər.

Fəxriyyə Abdullayeva