Noyabrın 30-da Qazaxıstanın Almatı şəhərində XVII “Avrasiya” Beynəlxalq Kino Festivalının bağlanış mərasimi olub.

Bir həftə ərzində 15 ölkəni təmsil edən 30-dan çox yeni ekran əsəri beynəlxalq və Mərkəzi Asiya – Türk dünyası müsabiqə proqramlarında təqdim edilib.

Münsiflər heyətinin qərarı ilə Mərkəzi Asiya – Türk dünyası müsabiqəsinin Qran-pri mükafatı Saxa Respublikasından (RF) rejissor Mixail Lukaçevskinin “Bəyaz durnalar rəqs edərkən” filminə verilib. Polşa istehsalı olan “Demək olar ki, heç nə” (rejissor Qjeqoj Debovski) filmi isə ikinci Qran-prini qazanıb.

Mərkəzi Asiya – Türk dünyası müsabiqəsində “Sevgililər dağı” (Tatarıstan), “Sərhəddə sövdələşmə” (Qırğızıstan), “Hemmenin öləcəyi günlərdən biri” (Türkiyə), “Joktau” (Qazaxıstan) filmləri ayrı-ayrı nominasiyalar üzrə mükafata layiq görülüb.

Beynəlxalq müsabiqədə isə mükafatları “Ay” (Avstriya), “Demək olar ki, heç nə” (Polşa), “Nirvana” (Banqladeş),  “İlin fəsilləri evi” (Cənubi Koreya) filmləri bölüşüb.

Festivalın bağlanış mərasimində beynəlxalq müsabiqənin münsiflər heyətinin sədri Nuri Bilgə Ceylan (Türkiyə) “Dünya kinematoqrafına  görkəmli töhfəsinə görə” xüsusi mükafatı ilə təltif olunub.

Gulcahan