Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfirliyi Rabat Milli Kitabxanasında təşkil olunan “Diplomatik Həmrəylik Bazarı”nda iştirak edib.

Tədbirdə Azərbaycanın mədəni irsi, ənənəvi sənətkarlıq və milli mətbəx nümunələri təqdim olunub.

Kəlağayı, xalçalar, keramika nümunələri və suvenirlərin nümayiş olunduğu stendimiz ziyarətçilərin böyük marağına səbəb olub. Eyni zamanda, qonaqlar milli mətbəximizin təamlarından qutab, badambura və xüsusi olaraq hazırlanan “balkhoorma” – qurudulmuş xurmanın dadına baxıblar.

Qırxa yaxın ölkənin səfirliyinin qatıldığı tədbir mədəniyyətlərarası dialoqun və beynəlxalq həmrəyliyin təbliği məqsədi daşıyır. Mərakeş paytaxtında ənənəvi olaraq keçirilən “Diplomatik Həmrəylik Bazar”ı ölkələrin mədəni irsini tanıtması, qarşılıqlı anlaşma və dostluğun təşviqi məkanına çevrilib.